Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda qadın xadimə geyimində xəstəxanadakı vətəndaşları soydu - Foto  

Sumqayıt şəhərində naməlum bir qadın xadimə formasını geyərək xəstəxanadan oğurluq edib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, qadının Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına daxil olaraq, özünü oranın əməkdaşı kimi göstərərək otaqlardan qızıl, pul, ayaqqabı, tibbi avadanlıqlar oğurladığı bildirilib.

Məsələ barədə Sumqayıt Tibb Mərkəzi ilə əlaqə saxladıq.

Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Araşdırmanın nəticəsinə uyğun olaraq, ictimaiyyətə əlavə məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev saytımıza açıqlamasında bildirib ki, görüntülərlə bağlı hazırda Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır:

“Hadisəni törədən şəxsi müəyyən edərək, məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar